Bazar günü avtobuslar işləyəcək?

 12:30 18.06.2021     32

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək”, - məlumatda bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/566750.html