Repititor xidmətində yeni qaydalar necə olacaq? - VİDEO

 12:29 18.06.2021     29

COVID-19 pandemiyası şəraitində repetitor xidmətlərinin göstərilməsi üçün bir sıra yeni tələblər müəyyənləşib. Yeni qaydalar "COVID-19 profilaktikasına dair metodiki göstərişlər"də öz  əksini tapıb. Bəs məhdudiyyət və yeniliklər tədrisin keyfiyyətinə necə təsir göstərəcək? 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, fərdi tədris və repetitor xidmətləri göstərilərkən onlayn tədris prosesinə üstünlük verilməlidir. Əgər onlayn tədris mümkün deyilsə, ənənəvi tədris zamanı tibbi maskadan istifadə etmək məcburidir.

COVİD-19 pandemiyası dövründə fərdi tədris və repetitor xidmətlərinin necə fəaliyyət göstərəcəyi məlum olub. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, 2021-ci ilin fevralın 1-dən etibarən ölkə ərazisində tədris prosesinin qismən bərpası ilə bağlı qərar qəbul ediləndə hazırlıq kursları və repititorların fəaliyyəti ilə bağlı bildirilmişdi ki, bir otaqda 10 nəfərdən artıq şagird olmamalıdır. Hazırda isə bu fəaliyyət növünə yeni qaydalar əlavə olunub.

Bununla belə təhsil eksperti hesab edir ki, fərdi tədris və repetitor xidmətləri göstərilərkən onlayn tədris prosesi effektiv deyil.

Yeni qaydalar  "COVİD-19 profilaktikasına dair metodiki göstərişlər"də öz əksini tapıb. Sənədə əsasən, fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Dərs vəsaitləri ortaq istifadə edilməməlidir. Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957762.html