Ağdam şəhəri minalardan təmizlənir

 12:36 18.06.2021     33

Ağdamın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi prosesi davam edir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

O bildirib ki, hazırda Ağdam şəhərinin mina və partlamamış sursatlardan təmizlənməsi işləri görülür: "Hazırda şəhər və bir neçə kəndin ərazisi təmizlənir. Şəhərdə artıq tikinti işləri başlanır. Kəndlərin əkin sahələri isə təmizlənərək payızlıq əkinə hazırlanır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957849.html