Azərbaycanda yaşayan İran vətəndaşları prezident seçkilərində səs verir - FOTO

 12:41 18.06.2021     32

Azərbaycanda yaşayan İran vətəndaşları üçün İranda keçirilən 13-cü prezident seçkilərində iştirak etmək üçün səsvermə məntəqəsi yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səsvermə məntəqələri Bakıda İran səfirliyinin Təhsil kompleksinin binasında və Naxçıvanda təşkil olunub.

Azərbaycanda İran prezident seçkiləri üzrə səsvermə səhər saat 8-də başlayıb və 17:00-dək davam edəcək. Lazım gələrsə, seçkinin müddəti uzadıla bilər.

13-cü çağırış İran prezident seçkilərində Bakıda İran vətəndaşları üçün 2 min seçki bülleteni nəzərdə tutulub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/957840.html