Eyvazov Hacı Mazanın oğluna yeni vəzifə verdi

 12:43 18.06.2021     30

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb. O, bu təyinatadək BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsinin inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, B.Zeynalov Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/566757.html