“Putinin aşpazı” ABŞ-a rəsmi müraciət etdi

 12:50 18.06.2021     32

Rusiyanın “Konkord” şirkətinin sahibi Yevgeni Priqojin ABŞ Maliyyə Nazirliyinə müraciət edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Konkord”un mətbuat xidməti yayıb. Priqojin nazirlikdən ona tətbiq edilən sanksiyaların ləğv edilməsini istəyib.

Qeyd edək ki, Priqojin 2016-cı ildən sanksiyalar siyahısındadır. O, “Putinin aşpazı” ləqəbiylə məşhurdur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566760.html