Tovuzda dəhşətli hadisə: xəsarət alanlar var - FOTO

 13:10 18.06.2021     29

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.

"Hyundai" markalı avtomobillə "QAZ-31" markalı avtomobil toqquşub. Nəticədə minik maşınında olan 3 sərnişin ağır xəsarət alıb. Onlar 1996-cı il təvəllüdlü Ayxan İsmayıllı,1984-cü il təvəllüdlü Mansur Rüstəmov və Səbuhi Süleymanovdur.

Yaralılardan biri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb. Xəsarət alan şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/359958.html