Saatlıda Araz çayında batan kişinin meyiti tapılıb

 13:29 18.06.2021     28

Saatlıda Araz çayında batan şəxsin meyiti tapılıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1961-ci il təvəllüdlü Cahangirov Tehmir Namaz oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957777.html