Biz Zəngəzuru, Geqarkuniki də itirə bilərik – Çarukyan

 22:21 18.06.2021     58

Ermənistanda 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində ərazi məsələsi ilə bağlı təbliğat ön plandadır.

Axar.az xəbər verir ki, bu gün seçki kampaniyası çərçivəsində Eçmiədzində görüş keçirən Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan da bu mövzuya vurğu edib.

O bildirib ki, Ermənistan Zəngəzuru (Sünik) və Geqarkuniki itirə bilər:

“Bu əraziləri Ermənistanın tərkibində saxlamaq üçün Rusiya ilə dərhal yeni saziş imzalamalıyıq. Yoxsa ərazi itirə bilərik”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/566903.html