İdman zallarına getmək istəyənlərin nəzərinə - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

 22:21 18.06.2021     67

Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb.

Nazirlikdən Publika.az-a bildirilib ki, zala gedən şəxslər koronavirusla bağlı bəzi tələblərə əməl etməlidirlər.

İdman zalına giriş və çıxış zamanı əllər sabun və su ilə yuyulmalıdır. Alətlərə toxunduqdan sonra əlləri antiseptik məhlulla təmizləmək tələb olunur. Zaldan istifadə üçün şəxsi əşyalar (dəsmal və s.) götürmək, içəridə ən azı 2 metr sosial məsafə saxlamaq lazımdır. İdman edərkən üzə toxunmaq olmaz. Zalda məşq edən şəxslər üzünün yerə və ya alətə toxunmadığına əmin olmalıdır.

Həmçinin paltardəyişmə otağında uzun müddət qalmamaq, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri olanların idman zallarına getməməsi tövsiyə olunur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/360022.html