Makrona gözlənilməz sual: Sillə necə idi?

 22:28 18.06.2021     58

Fransa Prezidenti Emmanuel Makron Somme bölgəsində məktəbdə ibtidai sinif şagirdlərini ziyarət zamanı gözlənilməz sualla qarşılaşıb.

Axar.az xəbər verir ki, şagirdlərdən biri Makrona “Sillə necə idi?” sualını ünvanlayıb. Dövlət başçısı isə cavabında “Xoşagəlməz idi. Məktəb həyətində də olsa, birinə zərbə vurmaq yaxşı hal deyil. Etdiyi səhv idi” cavabını verib.

Qeyd edək ki, bir müddət əvvəl Makron Drom bölgəsinə səfəri zamanı əhali ilə görüşüb. Bu zaman vətəndaşlardan biri gözlənilmədən Makrona sillə vurmuşdu.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566898.html