Avro-2020: Xorvatiya yenə qələbə qazana bilmədi

 22:55 18.06.2021     58

Futbol üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.

Axar.az-ın məlumatına görə, ilk oyunda qələbə qazanan Çexiya millisi Xorvatiya yığması ilə qarşılaşıb. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, günün digər matçında İsveç yığması Slovakiyanı 1 -0 hesabı ilə məğlub edib.

D qrupunun digər oyunu bu gün İngiltərə və Şotlandiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/566906.html