Bu il Türkiyədə son 51 ilin ən isti may ayı qeydə alınıb

 23:05 18.06.2021     54

Bu il Türkiyədə son 51 ilin ən isti may ayı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Hidrometeorologiya Baş İdarəsindən bildirilib.

Qeyd olunub ki, Türkiyədə daha əvvəl may ayının orta temperaturu 16,7 dərəcə olaraq qeydə alınmışdı. Bu göstərici bu il 2,6 dərəcə artaraq 19,3 dərəcə təşkil edib və son 51 ilin may ayı üçün ən yüksək temperaturu kimi olaraq qeydə alınıb.

Ümumiyyətlə mütəxəssislər 2020-ci ilin dünya tarixində indiyədək qeydə alınan ən isti il olduğunu bildirirlər və cari ilin də isti keçəcəyini proqnozlaşdırırlar. Onların fikrincə dünyada hava temperaturunun artmasının ən böyük səbəbi kömür, yanacaq və təbii qaza bağlı olaraq atmosferə atılan karbon dioksid qazıdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/957662.html