Koronavirusdan qorunmağın qeyri-adi yolu

 23:10 18.06.2021     57

Soyuqdəymə COVID-19-dan qoruya bilər.

Milli.Az xəbər verir ki, Yale Universitetinin alimləri bu nəticəyə gəlib. Onların sözlərinə görə, mexanizm sadədir: yüngül xəstəlik immun sistemini aktivləşdirə bilər.

Mütəxəssislər laboratoriyada tənəffüs yollarının toxumasını böyüdüblər. Sonra soyuqdəyməyə səbəb olan rinovirusu, bundan sonra koronavirusu yoluxdurublar. Rinovirusla təmasdan sonra SARS-CoV-2-nin yayılmasını dayandıran immunitet güclənib.

Araşdırma göstərib ki, ümumi soyuqdəymə virusları COVID-19-un müalicəsi üçün potensial başlanğıc nöqtəsi ola bilər. Bu yanaşma virusların qarşılıqlı əlaqəsinə yeni baxış ortaya qoyur. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/957541.html