Pandemiyanın uşaqlara vurduğu ziyan - Əlamətləri, nə etməli?

 23:20 18.06.2021     54

Yüksək təzyiq problemi artıq uşaqlar arasında da tez-tez rastlanılır.

Milli.Az xəbər verir ki, türkiyəli həkim Cihangir Akgün bununla bağlı önəmli açıqlamalar verib:

"Əvvəllər qaçan, oynayan uşaqlar artıq çölə çıxa bilmədikləri üçün saatlarla ya telefon, tablet, ya da televizor, kompyuter başında vaxt keçirirlər. Bu isə artıq çəki, hipertoniya və insulin dirəncinə yol açır. Bir çox ailələr pandemiyada sağlam qidaları "fast food" kimi qidalarla əvəzləyib. Ən çox istifadə edilən qazlı, şirin içkilər isə yüksək təzyiqin yaranmasında əsas səbəblərdəndir. Televizor qarşısında çipsi, kraker kimi monosodium glutamat adlanan, xalq arasında Çin duzu olaraq bilinən qatqı maddələrdən ibarət olan qidalar da hipertoniya üçün risk yaradan digər səbəblərdən biridir".

QULAQ BATMASI VƏ BAŞ AĞRISI

Professor Akgün bildirib ki, çölə çıxa bilməyən uşaqlar çox ciddi psixoloji stresslərə məruz qalırlar:

"Bu uşaqlar valideynləri tərəfindən baş ağrısı, burun qanaması, qulaq batması, görmə pozuntuları şikayətləri ilə poliklinikalara üz tuturlar. Nəticədə isə uşaqlara yüksək təzyiq (hipertoniya), artıq çəki və insulin dirənci diaqnozu qoyulur".

10 YAŞINDA TƏZYİQ XƏSTƏSİ

Əvvəllər 30-40 yaşlarından sonra yaranan təzyiq probleminə artıq 10-12 yaşlılarda da rastlanılır:

"Bu uşaqların bir qismi yaşam tərzini dəyişir, bəziləri isə dərman qəbul edərək həyatlarına davam edirlər. Bu xəstəliklən qorunmaq üçün uşaqları idmana meyilləndirməli, kompyuter, televizor, telefon kimi alətlərdən uzaq tutmaq lazımdır". /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/957569.html