Türkiyədə daha 59 nəfər koronavirusdan həyatını itirib

 23:39 18.06.2021     53

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 59 nəfər olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 128 nəfər test edilib, onların 5575-nin koronavirus testi pozitiv nəticə verib. Bu gün koronaviruslu ağır xəstələrin sayı 856 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 071 nəfər dünyasını dəyişib.

Türkiyədə indiyədək 5 359 728 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 224 224 nəfəri müalicə olunaraq evə buraxılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958057.html