ABŞ-da 48 dərəcə isti qeydə alındı

 23:45 18.06.2021     55

ABŞ-ın Kaliforniya ştatında bu həftə havanın temperaturu 48 dərəcəyə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu səbəbdən ştatda təcili vəziyyət elan edilib.

Ştatın qubernatoru Qavin Nyusom həddindən artıq istilər səbəbindən kondisioner istifadəsinə görə enerji xətlərindəki yükü azaltmaq üçün təcili vəziyyət elan edildiyini deyib.

Əhaliyə paltaryuyan, qabyuyan kimi məişət əşyalarını işlətməmək, bununla enerjiyə qənaət etməklə bağlı çağırış edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958058.html