DSX sədri mərhum jurnalistin övladları ilə görüşdü - Foto

 23:49 18.06.2021     59

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev vəfat edən “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Rəşad Süleymanovun övladları ilə görüşüb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, DSX rəisi jurnalistin 2 oğlu ilə birgə şəkil çəkdirib.

Qeyd edək ki, Rəşad Süleymanov ötən ilin dekabrında yeni növ koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/566918.html