Türkiyədə gəmi əleyhinə raketin uğurlu sınaqları keçirilib

 23:50 18.06.2021     59

Türkiyənin gəmi əleyhinə "Atmaca" raketi ordunun silahlanmasına daxil olmasından əvvəl son sınaq zamanı gəmi şəklində hədəfini uğurla vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Dövlət başçısının sözlərinə görə, həlledici test buraxılışı bu gün həyata keçirilib:

"Gəmi əleyhinə "Atmaca" raketi ilk dəfə Silahlı Qüvvələrin arsenalına daxil olmasından əvvəl bu günki son sınaq zamanı gəmi şəklində hədəfi vurub. Silahlı qüvvələrimizə və donanmamıza uğurlar arzulayıram".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958059.html