Rus nazirin təbriki təhrif edildi - Sərt reaksiya

 00:16 19.06.2021     61

Estoniya tərəfinin fin-uqor xalqlarının Tartudakı qurultayında təşkil etdiyi təxribat Tallinin bu məsələdə antirusiya yanaşmasını təsdiqləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Tallinin hərəkətinin kobud saxtakarlıq olduğunu qeyd edən Zaxarova Rusiya mədəniyyət naziri Olqa Lyubimovanın konqresin rəsmi saytında tədbir iştirakçılarına göndərdiyi video təbrikinin rus dilində yerləşdirilmədiyini vurğulayıb.

Bunun təsadüfi olmadığını söyləyən Zaxarova məktubun eston dilinə tərcümə edilərək, təhrif olunmuş şəkildə yayımlandığını qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566920.html