Köçəryan hakimiyyətə gəlsə, Qarabağda nə baş verəcək?

 00:29 19.06.2021     62

Paşinyan və Köçəryanın son mitinqi tamamlandı. Birincinin 20 min, ikincinin 50 min tərəfdar topladığı haqda məlumatlar var. Nikol qazanmaq üçün hər şeyi edəcək, amma istisa deyil ki, seçkidən sonra Köçəryan onu devirmək üçün “inqilaba”, yaxud fərqli metodlara əl atsın.

Köçəryan hakimiyyətə gələrsə, Qarabağda nə baş verəcək? Bizim üçün əsas məsələ budur.

Robert üçtərəfli razılaşmaları poza bilməz, çünki bunu Rusiya da istəyir, amma bir sıra problemlər də yarana bilər: erməni qoşunlarının bölgədən çıxarılması və Xankəndidəki separatçılar təmizlənməsi uzanacaq, Qarabağın “statusu” ilə bağlı təxribatlar intensivləşəcək və sərhədlərlə bağlı müqavilənin imzalanması da arxa plana keçə bilər.

Azərbycanın Türkiyə ilə müttəfiqlik müqaviləsi haqqında Şuşa Bəyannaməsini məhz Ermənistandakı seçkidən öncə imzalaması bu perspektiv təhlükələrə qarşı düşünülmüş gediş idi.

Bəyannamə Ermənistanın, eləcə də üçüncü ölkələrin Azərbaycan sərhədlərində və sərhədləri daxilində yarada biləcəyi təhdidlərin qarşısında qalxandır.

Və bu, Ermənistanda istər Köçəryanın, istər bütün vazgenlərin gəlməsindən asılı olmayaraq, Qarabağda və sərhədlərimizdə təhdid yarada bilməyəcəyi deməkdir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/566926.html