İranda səsvermənin müddəti saat 2-dək uzadıldı

 01:06 19.06.2021     53

İranda 13-cü çağırış prezident seçkilərində səsvermənin müddəti yerli vaxtla gecə saat 02:00-dək uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, İranın Koronavirusla Mübarizə Milli Komitəsinin icazəsi ilə səsvermə qeyd olunan saata qədər davam edəcək.

Son saatlarda İranda səsvermədə aktivlik müşahidə olunduğuna görə, belə bir qərar verilib.

Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566927.html