"Oğul itkisi, onkoloji xəstəlik məni bu günə qoydu" - Kübra Əliyeva əməliyyatdan sonra

 01:15 19.06.2021     61

Əməkdar artist Kübra Əliyeva üzündə plastik dəyişiklik etdirməsinin səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  aktrisa "Elgizlə izlə" proqramında üzünün çox yaşlandığını deyib. O bildirib ki, yaşadığı çətin həyat onu bu cür edib:

"Keçmiş üzümü həyatda heç kimə göstərməzmişəm. Nə gündə imişəm. İndi yaxınlarıma göstərirəm. Deyirlər ki, bu nədir? İllərimin dərdi, çəkdiyim müsibətlər, oğul itkisi, fikirləşmək... 110 kiloqram olan kübra birdən-birə 70-ə düşdü. Onkoloji xəstəlik, kimyaterapiya... Bunlara görə düşmüşdüm. İndi düzəldim. Üzümə kök hüceyrə etdirdim. Bacım üzərlik yandırıb ki, göz dəyər. Bunu etməyə də bilərdim. Xalq üçün etdim. Məni görəndə bəyənsinlər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/957843.html