DİQQƏT: Bu gün marşrut avtobusları işləməyəcək

 01:20 19.06.2021     59

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Publika.az xəbər verir ki, 20 iyun - bazar günü isə Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişin daşımaları adi rejimdə yerinə yetiriləcək.

Həmin gün futbol üzrə Avropa çempionatının Bakıda növbəti oyunu keçiriləcək. A qrupunda Türkiyə yığması İsveçrə millisi ilə qarşılaşacaq. Bununla əlaqədar müntəzəm marşrut xətləri üzrə sərnişin avtobusları bazar günü adi rejimdə işləyəcək.

Bakı metrosunda isə bütün iyun ayı ərzində, o cümlədən bu həftəsonu – iyunun 19-u və 20-də sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neqliyyat/360032.html