Kürdə axtarılan qadın Bakıda tapıldı

 10:38 20.06.2021     43

Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Ayşən Nemət qızı Bəndəliyevanın Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub.

Axar.az Report-a istinadla xəbər verir ki, o, səhər saatlarında yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib. “Məni axtarmayın, Bakıdayam”, - qadın deyib.

Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb. Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olması idi.

Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/567148.html