Ermənistanda seçki məntəqələrində problemlər yarandı

 10:56 20.06.2021     44

Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri bir sıra problemlərlə müşahidə edilir.

Axar.az xəbər verir ki, seçki məntəqələrində uzun növbələr yaranıb.

Ajiotaj səsvermə prosedurunun uzadılması ilə əlaqədardır.

Əvvəlcə seçicilər ikili pasport və barmaq izi üzrə eyniləşdirmə posedurunu keçir. Sonra ona 25 bülleten (hər partiya üçün 1 bülleten) paketi sayırlar. Seçilmiş bülleteni zərfə qoymaq və ona holoqram yapışdırmaq lazımdır. Sonra zərf urnaya qoyulur.

Bəzi seçicilər seçki məntəqələrində çox gözləmələrindən ciddi narazılıq edirlər.

Qeyd edək ki, Ermənistanda bir neçə aydır davam edən daxili ictimai-siyasi böhran fonunda bu gün növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə yerli vaxtla saat 7:00-da 2 008 seçki məntəqəsi açılıb. Səsvermə Bakı vaxtə ilə saat 20:00-da başa çatacaq. Seçici siyahılarına 2 583 823 nəfərin adı var.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567158.html