Ermənistanda seçki məntəqəsində insident: Atəş səsləri...

 11:15 20.06.2021     39

Ermənistanın Ararat vilayətinin Azataşen kəndindəki seçki məntəqəsində atışma olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Məlumata görə, Çiçəklənən Ermənistan Partiyası və Verelk Partiyasının üzvləri arasında mübahisə yaranıb.

Mübahisə iştirakçılarından biri qaz tapançası ilə havaya bir neçə dəfə atəş açıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567163.html