İranda Əliyevlə Ərdoğana da səs verildi - Foto

 11:44 20.06.2021     45

İrandakı prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da səs verilib.

Axar.az xəbər verir ki, seçicilər bülletenlərin üzərinə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın adlarını yazıblar.

Qeyd edək ki, 18 iyunda İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi 17,8 milyon səslə qalib gəlib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/567166.html