İsveçdə 100 min nəfərə saxta PCR testləri verilib - İstintaq

 11:55 20.06.2021     49

İsveçdə 100 min nəfərə saxta PCR testləri ilə səyahət sənədləri verdiyi üçün bir çox özəl səhiyyə şirkətləri barədə araşdırma başladılıb.

Axar.az xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.

Hadisəni araşdıran prokuror Aleksandra Bittner şübhəlilər barəsində istintaq başladıldığını bildirib.

Qeyd edək ki, İsveçdə dövlət xəstəxanalarında və sağlamlıq mərkəzlərində PCR testləri aparılsa da, səyahət sənədləri verilmir. Bu səbəbdən xaricə getmək istəyənlər özəl səhiyyə şirkətlərindən 150 avroya PCR testi və səyahət sənədi ala bilərlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567167.html