"O səs Türkiyə" münsifin ön planda olduğu şoudur"

 12:06 20.06.2021     43

Türkiyəli müğənni Mustafa Sandal "Koltuk" adlı proqramda açıqlaması ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi illər əvvəl münsif kürsüsündə əyləşdiyi "O səs Türkiyə" verilişi barədə danışıb:

"Proqram münsifin ön planda olduğu şoudur. Bu əvvəldən bilinmirdi, amma bir neçə mövsüm sonra belə olduğunu gördük. "O səs Türkiyə" ən vacib musiqi yarışmasıdır desək, proqramda qalib olanların karyerasına baxmaq lazımdır. Hazırda nə edirlər? Biri-birimizi aldatmayaq".

Qeyd edək ki, veriliş "TV8" telekanalının sahibi Acun Ilıcalının layihəsidir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/958264.html