Qadın futbolçularla bağlı maraqlı etiraflar - Rus qapıçı danışır

 12:24 20.06.2021     44

Moskva ÇSKA-sının və Rusiyanın qadınlardan ibarət milli komandasının üzvü Elvira Todua maraqlı açıqlamalar verib.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, 35 yaşlı qolkiper "YouTube"dəki "Comment Show" kanalına müsahibəsində kişi futblçulardan fərqli olaraq qadın futbolçulara oyunlardan əvvəl cinsi əlaqəyə icazə verildiyini bildirib: 

"Qadın futbolçuların oyundan əvvəl cinsi əlaqəyə girməsi normaldı. Amma kişi futbolçulara qadağan edilib. Bunun səbəbini anlaya bilmirəm".

Elvira Todua hamiləlik dövrü ilə bağlı da danışıb: "ÇSKA ilə müqaviləmizdə bu barədə maddə var. Hamiləlik dövrümüzdə klub bizə maaş ödəyir. Amma başqa klublarda belə deyil. Futbolçu hamilə olanda müqaviləsini ləğv edirlər".

Qeyd edək ki, DÇ-2010-da Fabio Kapellonun başçılıq etdiyi İngiltərə millisi də daxil olmaqla bir çox komandada futbolçulara sekslə məşğul olmaq qadağan edilmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/958266.html