Ermənistanda seçki məntəqələrindən birində atışma səsləri eşidilib

 12:30 20.06.2021     42

Ermənistanın Ararat vilayətinin Azataşen kəndindəki seçki məntəqələrindən birində atışma səsləri eşidilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, Hadisə yerinə gələn əməliyyat qrupu "Çiçəklənən Ermənistan" və "Verelk" partiyalarının nümayəndələri arasında dava olduğunu aşkar edib. Hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb.

İstintaq davam edir, silah ələ keçirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958268.html