Ermənistanda əsgərlər zorla səsverməyə aparılır

 12:36 20.06.2021     42

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan hərbi qulluqçuların zorla səsverməyə aparılması hallarından danışıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə partiya üzvü öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, xüsusilə, Tavuşdakı hərbi hissələrdən birinin komandiri tabeliyində olanları Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyana səs verməyə məcbur edir. Xndzoreskdə (Syunik vilayəti) əsgərlərə N.Paşinyan adından dondurmanın paylanması iddia edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958269.html