Avropa çempionatları tarixində yeni rekord

 12:42 20.06.2021     52

Polşa millisinin futbolçusu Katsper Kozlovski yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, buna Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda İspaniya ilə matçda iştirak etməklə nail olub. 17 yaş 246 günlüyündə olan yarımmüdafiəçi Avropa çempionatları tarixində ən gənc oyunçu olub.  

O, İngiltərə millisnin üzvü Cud Bellinqemin rekordunu yeniləyib (17 yaş 349 gün).

Qeyd edək ki, İspaniya - Polşa matçı heç-heçə ilə yekunlaşıb - 1:1.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/958270.html