Yerin enerjini saxlama miqdarı ikiqart artıb - Həyəcan Təbili

 13:48 20.06.2021     49

Yerin Günəşdən gələn enerjini saxlama miqdarı misilsiz görülməmiş şəkildə - 2005-2019-cu illər arasında müqayisədə ikiqat artıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Aviasiya və Kosmik Agentliyi (NASA) ilə Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən hazırlanan ortaq hesabatda dünyanın günəşdən gələn enerjinin nə qədərini istilik şəklində saxladığı və nə qədərinin kosmosa buraxdığı ölçülüb, arasındakı fərq ortaya qoyulub.

2005 və 2019-cu illər arasında "enerji tarazsızlığı" olaraq bilinən istilik tutma səviyyəsinin təxminən iki dəfə artdığı vurğulanan hesabatda bu vəziyyətin okeanın, havanın və qurunun sürətlə istiləşməsinə səbəb olduğuna diqqət çəkilib.

Buna enerji tarazsızlığının atmosferdəki metan və karbon dioksid kimi istixana qazlarının artması, bulud örtüyü və dənizlərdə buz qatının azalması və suyun buxarlanmasının artmasındakı səbəb olduğu vurğulanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958279.html