Enrike: "Bu görüşü sakitcə izləmək istəyirəm"

 14:06 20.06.2021     44

İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Polşa ilə heç-heçə etdikləri oyundan danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mütəxəssis deyib:

"Bu görüşü sakitcə izləmək və təhlil etmək istəyirəm. Bu, bizə ən yaxşı hissləri vermədi. Bəlkə də matç ərzində üstünlük qazandıq, ancaq qalib gəlmək üçün kifayət deyildi.

Polşanın oyun tərzini bəyəndim. Onlar əla şanslar yaradırdıar. Bəlkə, daha rahat oynamaq əvəzinə bəzən çox düşünürdük. Heyif ki, penalti təyin etmədilər. Çünki bu, həlledici məqam idi. Düzü, oyunda daha çox şey əldə edəcəyimizi düşünürdüm, amma alınmadı. Nəticə komandanın oyunundakı qüsurları tez-tez aşkarlayır. Müsbət olmadıqda, vəziyyəti diqqətlə təhlil etməlisiniz".

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/958284.html