Bakıda orta məktəbdə “Nizami muzeyi” açıldı

 14:38 20.06.2021     54

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova Bakı şəhəri H.Ağaverdiyev adına 113 saylı tam orta məktəbdə açılmış “Nizami Gəncəvi muzeyi”nin açılışında iştirak edib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Gültəkin Rüstəmova açıb. Daha sonra 328 nömrəli məktəbin direktoru Asif Nəbiyev çıxış edib.

Təhminə Bədəlova “Yay məktəbi” çərçivəsində şagirdlərə “Nizami Gəncəvi yaradıcılığı” adlı mühazirə oxuyub.

Tədbir qonaqların və şagirdlərin muzey eksponatları ilə tanışlığı ilə davam edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/567200.html