Rəisinin seçilməsi dünya gücləri üçün siqnaldır - Bennet

 16:13 20.06.2021     45

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş siyasət yürütməyə davam edəcək.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennet deyib.

“İranın cəllad rejimi kütləvi qırğın silahları almamalıdır, bu, İsrail dövlətinin açıq, dəyişməz mövqeyidir. İranda İbrahim Rəisi yeni prezident seçildi. Xamenei minlərlə İran vətəndaşının ölümünə görə məsuliyyət daşıyan “Tehran cəlladı”nın seçilməsinə icazə verdi. Rəisinin seçilməsi dünya gücləri üçün kimlərlə iş apardıqlarını anlamaq üçün bir siqnaldır”, - Bennet bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567216.html