RİA da Köçəryana görə aktivləşdi: Xaos başlayır!

 16:49 20.06.2021     44

Ermənistanda bu gün keçirilən növbədənkənar seçkilərlə bağlı “RİA Novosti”nin apardığı sorğunun nəticələri elan olunub.

Axar.az xəbər verir ki, 6-14 iyunda aparılan sorğunun məhz seçki günü elan edilib.

Bildirilib ki, sorğuda 992 respondent iştirak edib. Onlardan 32% Robert Köçəryanın “Ermənistan” blokuna, 24% isə Paşinyanın Mülki Müqavilə Partiyasına səs verməyə hazır olduğunu deyib.

Çiçəklənən Ermənistan (Çarukyan) 4%, “Şərəf Duyuram” bloku (Serj Sərkisyan) isə 2% səs alıb.

Qeyd edək ki, sorğu nəticəsinin seçki günü elan edilməsi Köçəryanın Rusiya mediası tərəfindən dəstəklənməsi anlamına gəlir. Ehtimal edilir ki, Paşinyanın üstünlüyü ehtimalı yüksək olduğu üçün Köçəryanın küçə mübarizəsinə başlamasına artıq hazırlıq gedir.

Seçki məntəqələri bağlanandan sonra “Ermənistan” blokunun küçələrə çıxacağı və nüfuzlu media qurumlarının da bu prosesi dəstəkləyəcəyi gözlənilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/567230.html