Lənkəranda betona çırpılan maşın alışdı, qadın yandı

 17:06 20.06.2021     44

Lənkəranda avtomobil yanıb, bir nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Boladi kəndi ərazisində qeydə alınıb. Beton maneəyə çırpılan minik maşını qəfil alışıb. Yanan avtomobildə ölən yoxdur, 1960-ci il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova ağır dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/958305.html