FİFA prezidenti Bakıya gəlir

 17:12 20.06.2021     50

FİFA-nın prezidenti Gianni İnfantino Bakıya gələcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə oyununu izləmək üçün FİFA-nın prezidenti Gianni İnfantino paytaxtımıza gələcək.

Həmçinin UEFA-nın baş katibi Teodor Teodoridis bu gün Bakıya gələcək və görüşü stadiondan izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/958312.html