Bir gündə 32 mindən çox şəxs peyvənd olundu

 17:12 20.06.2021     45

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 795 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 802 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 989 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 949 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 039 823 təşkil edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/567232.html