Sarımsaq şirəsini bal və limon suyu ilə qatıb, için - Faydalarına inanmayacaqsınız

 17:24 20.06.2021     47

Orqanizmin sağlam olması daim diqqət çəkir. Bəzən ağır iş prosesi enerjimizi azaldır, səhhətimizdə bir çox problemlər yaradır. Hər an həkimə getməyə isə vaxtımız yoxdur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, evdə hazırladığınız yüngül məlhəmlər orqanizmi daim sağlam saxlaya bilər.

Həyat enerjisini, iş qabiliyyətini yüksəltmək, yaz yorğunluğuna tutulmamaq, xroniki ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ev şəraitində vitaminli balzam hazırlayın:

10 baş sarımsağın şirəsini çıxarıb, 1 kq. bal və 10 ədəd limonun şirəsi ilə qarışdırın. Məcunu soyuducuda saxlayın. Hər gün axşamlar, yeməkdən sonra  1 xörək qaşığı qəbul edin.

Xalq təbabətində sarımsaq yağından geniş istifadə olunur. Bu xeyirli məhsul skleroz, ürək-damar xəstəlikləri, əzələ ağrıları spazmı və beyin damarlarının açılmasında geniş istifadə olunur. Onu aptekdən almaq əvəzinə, evdə özünüz də hazırlaya bilərsiniz.

Orta ölçülü 4-5 sarımsağı təmizləyib, sıyıq halına düşənə kimi əzin. Şüşə qaba qoyub, üzərinə 1 stəkan süzülməmiş (təmizlənməmiş) bitki yağı əlavə edib qarışdırın. Yağı soyuducunun aşağı gözündə saxlayın. Bir gün sonra ondan istifadə edə bilərsiniz.

İstifadə qaydası: 1 xörək qaşığı limon şirəsinin üzərinə 1 çay qaşığı sarımsaq yağı töküb, qarışdırın. Və bunu hər gün yeməkdən yarım saat əvvəl qəbul edin. Bir kurs müalicə 1-3 aydır. Sonra 2 ay fasilə verib, yenidən təkrarlamaq olar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/958313.html