Havada toz dumanı davam edir

 17:30 20.06.2021     43

Bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/weather/958315.html