Ruslar Suriyada ABŞ hərbi karvanını geri qaytardı - Video

 17:37 20.06.2021     46

Rusiya hərbçiləri koalisiya qüvvələrinin Suriyanın şimal-şərqindəki münaqişəsiz zona protokollarını pozmağa cəhd etməyə çalışan ABŞ karvanını mühasirəyə alıb.

Axar.az xəbər verir ki, bu barədə “Russkaya vesna” Suriyadakı reportajında məlumat verib.

Məlumata görə, rus hərbçiləri Haseke əyalətindəki M-4 magistralında patrul xidməti zamanı üzərində ABŞ bayraqları olan 4 zirehli avtomobilin hərəkətini qeydə alıblar.

“ABŞ hərbçiləri Rusiya tərəfinə əvvəlcədən xəbərdarlıq etmədən hərəkət edib və münaqişə vəziyyətlərini gözləmək üçün mövcud mexanizmləri pozub. Rusiya hərbçiləri də ABŞ hərbi karvanının hərəkətini məhdudlaşdırırb və nəticədə amerikalılar geri qayıtmağa məcbur olublar”, - reportajda qeyd olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567240.html