DTX və polis Xocalıda əməliyyat keçirdi

 17:47 20.06.2021     45

Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Xocalı rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1690 kiloqramdan artıq olan, 2800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/360171.html