Bu ölkədə də “qara göbələk” xəstəsi aşkarlandı

 17:56 20.06.2021     48

Argentinanın Formosa əyalətində COVİD-19-a yoluxmuş bir xəstəyə sonradan "Qara göbələk" (Qara kif) adı verilən mukormikoz diaqnozu qoyulub.

Axar.az xəbər verir ki, bu haqda Argentina Milli Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında 47 yaşlı qadının COVID-19 müalicəsindən sonra evə buraxıldığı, daha sonra isə xəstədə “qara göbələk” əlamətlərinin başladığı bildirilib.

Ölkədə bu xəstəliyə yoluxan ilk şəxs olan xəstənin COVID-19-a yoluxmaqdan əvvəl yüksək qan təzyiqi olan tip 2 şəkər xəstəsi olduğu deyilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567246.html