Feyzanın başı bəladan qurtarmır

 18:30 20.06.2021     43

Müğənni-aktyor Özcan Dəniz'lə boşanan Fezya Aktan çətin günlər yaşayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən həftə istifadə etdiyi maşının sığorta vaxtı bitdiyi üçün əlindən alınan Feyzanın başından bəla əksik olmur. Aktanın həmin maşınla bağlı qaynı Ercan Dənizlə məhkəməlik olduğu ortaya çıxıb.

Ercan tərəfindən 3 ay əvvəl məhkəməyə verilən Aktan iki ildir maşının körpüdən keçmə və digər borclarını ödəməyib. Aktan daha əvvəl oğlu Kuzeyin ehtiyaclarını qarşılamaq üçün Özcanla sözləşmə imzalamışdı. Buna görə də maşın Feyzada qalmışdı.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/958325.html