İraqda hərbi baza raket atəşinə tutuldu

 18:45 20.06.2021     43

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinin istifadə etdiyi İraqın "Əyn əl-Əsəd" hərbi bazası raket atəşinə tutulub.

Axar.az xəbər verir ki, İraqın Anbar vilayətində yerləşən həmin hərbi bazaya ən az iki raket atılıb. Bazanın yerləşdiyi Əl-Bağdadi bölgəsi təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb, hücumu törədəndlərin axtarışı davam edir.

Raket hücumu nəticəsində mümkün dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567256.html