İspaniyada iyunun 26-dan maska rejimi ləğv olunacaq

 19:34 20.06.2021     42

İspaniyada COVID-19 pandemiyasının başlanğıcından tətbiq edilən maska rejimi iyunun 26-dan ləğv olunacaq.

"Bu şənbə və bazar günləri bizim ictimai yerlərdə maska taxmağa məcbur olduğumuz son istirahət günləridir. Yaxın zamanda bizim üzümüz və bizim küçələr əvvəlki görkəminə qayıdacaq", - deyə Baş nazir Pedro Sançes bildirib. Onun sözlərinə görə, bu barədə tədbirlər növbəti cümə axşamı günü, iyunun 24-də Nazirlər Şurasının növbədənkənar iclasında təsdiqlənəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyada maska taxmaq məcburiyyəti ilk dəfə 2020-ci ilin mayında ictimai nəqliyyatda tətbiq edilib. Bundan bir neçə həftə sonra 6 yaşdan yuxarı sakinlərin küçələrdə maska taxmasına qərar verilib.

Pandemiyanın statistikasını aparan Worldometer saytının iyunun 17-nə olan məlumatına əsasən, İspaniyada koronavirusa 3,75 milyondan çox yoluxma və 80,6 mindən çox ölüm halı qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958108.html